
Azərbaycan millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda bu gün İrlandiya ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq oyunu serbiyalı baş hakim idarə edəcək.
Görüş saat 14:00-da başlayacaq.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.
Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup
16 noyabr
14:00. İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Kişinyov, “Zimbru-2” stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin