Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq

Bu gün  Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Oyunun baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub – 0:3.

Yoldaşlıq matçı

25 mart

21:45 Azərbaycan – Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button