
Azərbaycan millisi bu gün Avropa çempionatında son matçına çıxacaq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu – üçüncü matçına çıxacaq.
Komanda.az xəbər verir ki, 9-cu qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gələcək.
Oyun Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda, saat 17:00-da start götürəcək.
Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qrupda Fransa və İsrail milliləri 4 xalla müvafiq olaraq 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Rumıniya 2 xalla üçüncüdür. Xalı olmayan Azərbaycan U-17 millisi sonuncu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



