
Azərbaycan millisi bu gün Avropa çempionatında ilk matçını keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək.
Oyun Barseluş şəhərindəki “Estadio Cidade” stadionunda, saat 22:30-da start götürəcək.
Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.
U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu oyun saat 18:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


