Azərbaycan millisi Bosniya və Herseqovina ilə oyunların hazırlığına başlayıb

Azərbaycanın futzal millisi Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyunlarının hazırlığına başlayıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla, ümumilikdə 14 futzalçıya dəvət göndərib.

Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsasən taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komanda Bosniya və Herseqovinaya yollanacaq.

Oyunlar noyabrın 4-5-də Zenitsa şəhərindəki Huseyn Smayloviç adına idman zalında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bu, komandanın AÇ-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı oyundan öncə keçirəcəyi son yoxlama görüşləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button