Azərbaycan millisi beynəlxalq yarışda çıxışını başa vurub

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası beynəlxalq yarışda çıxışını başa vurub.

Komanda.az xəbər verir ki, iyunun 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində təşkil olunan “Bioderma Pro Beach Tour” açıq çempionatında ölkəmizi 3 qadın (Çinarə Quliyeva-Larisa Smeltsova, Fidan Əhmədxanova-Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov-Heydər Məmmədli, Akşin Ağazadə-Fərda Dünyayev ) təmsil edib.

Qadınların mübarizəsində Çinarə Quliyeva-Larisa Smeltsova cütü uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutublar. Voleybolçularımız beynəlxalq reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıblar.

Yarışda ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button