
Azərbaycan millisi beynəlxalq turnirdə Arif Əsədovun rəhbərliyi altında oynayacaq
Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin