Azərbaycan millisi beynəlxalq turnirdə 7 medal qazanıb

Savat idman növü üzrə Azərbaycan millisi Avstriyanın Veyz şəhərində keçirilən klublararası dünya kubokunda 7 (5 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanıb.

Komanda.az xəbər verir ki, savatın assault növü üzrə kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənclər arasında Yasin İbrahimov (56 kq), Nicat Məhəmmədli (60 kq) və Əli Bəylərzadə (75 kq) qızıl medal qazanıblar.

Prokombat növündə isə Nicat Məhəmmədli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Assault növündə böyüklər arasında Tutu İsmayılova (48 kq) gümüş, Həsən Əliyev (65 kq) bürünc medala yiyələniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button