Azərbaycan millisi beynəlxalq turnirdə 3 qızıl medal qazanıb

Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan “12-ci Sofiya Kuboku”nda 3 qızıl medal qazanıb.

Bu barədə Komanda.az-a Üzgüçülük Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər. Onları baş məşqçi Anton Melnikov müşayiət edib.

Yığmanın heyətində hər üç qızıl medalı Maqsud Tahirli hesabına yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyib.

Ümumilikdə 160-dan çox idmançının mübarizə apardığı yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçiləri yer alıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button