
Azərbaycan millisi Belçikaya böyük hesabla uduzdu
Basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AÇ-2025-in seçmə mərhələsi çərçivəsində ikinci görüşünü keçirib.
Komanda.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Bakıda Belçika millisini qəbul edib. Yığma komanda son Avropa çempionuna böyük hesabla məğlub olub – 28:136.
Milli ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə uduzmuşdu. Qrupdakı digər rəqib isə Polşa yığmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin