Azərbaycan millisi Belçikadakı turnirdə ikinci olub
Azərbaycan millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarına görə ikinci yeri tutub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yığma üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar.
Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb.
Daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin