
Azərbaycan millisi Belçikada medal qazanıb
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq yarışında bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət üçlük qrup yarışda üçün yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



