Azərbaycan millisi BƏƏ-də iki yoxlama oyunu keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Komanda.az xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Komandamıza dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:

  1. Firuzə Bayramova – Dinamo Balakən
  2. Nərgiz Ağaliyeva – Şəfa
  3. Aydan Abdullayeva – Təhsil 8 İOEUGİM
  4. Məryəm Səmədli – Səbail
  5. Arzu Cəfərova – Şəfa
  6. Xanım Əsədova – Neftçi
  7. Bədriyyə Mövludova – Şəfa
  8. Ayşən Salamzadə – Neftçi
  9. Səma Əsədova – Neftçi
  10. Aysu Əsədova – Sabah
  11. Aylin Kərimova – Neftçi
  12. Ayan Abdiyeva – Şəfa
  13. Şəhanə Mirzəliyeva – Mingəçevir
  14. Suel Polikarpova – Ulduz
  15. Sara Səlimova – Gömrükçü
  16. Elmira Hüseynova – Ulduz
  17. Könül Hüseynova – Mingəçevir
  18. Naidə Məmmədova – Zaqatala City
  19. Xədicə Rəhimova – Təhsil 8 İOEUGİM
  20. Məhsumə Vahabzadə – Sabah
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button