Azərbaycan millisi Bakıdakı AÇ-yə hazırlığı davam etdirir

17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.

Gündə 1 dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.

Azərbaycan millisi Avropa çempionatının A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button