
Azərbaycan millisi Ayxan Abbasovun başçılığı altında bu gün ilk oyununu keçirəcək
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoxlama görüşündə Moldova ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, U-21 baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.
Qarşılaşma saat 21:00-da başlayacaq.
Martın 26-dək Türkiyədə hazırlıqlarını davam etdirəcək milli komanda üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


