
Azərbaycan millisi Avropa çempionatında çıxışını başa vurub
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, İqor Olefirin rəhbərlik etdiyi komanda təsnifat mərhələsində keçirdiyi dörd oyundan ikisində qələbə qazanıb, ikisində məğlub olub.
Muhammad Aslanlı – Nəriman Bayramlı cütü Andorra və Şotlandiyaya qalib gəlsə də, Slovakiya və Serbiyaya uduzublar.
Reqlamentə görə, təsnifat mərhələsində 3 qələbə qazanan cütlər əsas mərhələyə vəsiqə qazanırlar. Azərbaycan yığması növbəti raunda yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin