“Azərbaycan millisi asan qollar vurdu” – Andersson
İsveç yığma komandasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dünən də mətbuat konfransda dediyim kimi, Azərbaycan millisi çox yaxşı komandadır. Əla oyunçuları var. Matçın əvvəlində asan qollar vurdular. 0:2 hesabından sonra geri dönmək alınmadı. Komandam yaxşı çıxış etdi. Belçika və Avstriya millisinə qarşı da yaxşı çıxış etmişdilər. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.
İsveçli mütəxəssis Emin Mahmudovun vurduğu ikinci qoldan da söz açıb: “2017 ci ildə Fransa millisinə qarşı 45 metrdən qol vurmuşduq. Bu qol da çox yaxşı qol idi. Təbrik edirəm. Məğlub olduğumuz üçün məyusam”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin