
Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı keçəcək
Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Komanda.az xəbər verir ki, milli komanda bu məqsədlə qonşu ölkəyə yola düşüb.
Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək.
Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin