Azərbaycan millisi Antalyada 3 yoxlama oyunu keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 4-dən 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
Komanda.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.
Millimiz fevralın 6-da Tacikistanın, 8-də və 11-də isə Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq.
Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Xəyal Fərzullayev – MOİK
- Sadiq Məmmədzadə – Səbail
- Ayxan Qocayev – Sumqayıt
- Hüseyn Hüseynov – Turan Tovuz
- Murad Musayev – Qəbələ
- Samir Ağayev – Qəbələ
- Aslan Şirinov – Neftçi
- Eşqin Əhmədov – Qəbələ
- Hacıəli Şirəliyev – Səbail
- Rüfət Abbasov – Neftçi
- Ravil Qafarov – Qəbələ
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Adilxanov – Şamaxı
- Murad Ələkbərov – Zirə
- Fəxri Məmmədli – Sabah
- Lətif Rzayev – Neftçi
- Ömər Qurbanov – Neftçi
- Ceyhun Hacıyev – Hombrucher SV (Almaniya)
- Murad Məmmədov – Neftçi
- Nahid Əliyev – Dinamo (Sankt-Peterburq, Rusiya)
- Tuncay Cəfərli – Sabah
- Sənan Ağalarov – Qəbələ
- Sadiq Şəfiyev – Turan Tovuz
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin