Azərbaycan millisi 1/4 finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, D qrupundakı sonuncu görüşündə millimiz Niderland yığması ilə qarşılaşıb və rəqibinə 12:21 hesabı ilə məğlub olub.

Məğlubiyyətə rəğmən, qızlarımız qrup ikincisi kimi 1/4 finala vəsiqəni təmin ediblər.

Xatırladaq ki, millimiz qrupdakı ilk oyununda Filippin yığması ilə qarşılaşmış və 22:17 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button