Azərbaycan millisinin baş məşqçisi Portuqaliya klublarını tənqid etdi

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Portuqaliyanın “Benfika” və “Sportinq” klublarını “Portu”nun sabiq prezidenti Jorje Nuno Pintonun vəfatı ilə bağlı başsağlığı vermədiklərinə görə tənqid edib.

Komanda.az  “Renessans”-a istinadən xəbər verir ki, Santuş məsələ haqda bunları yazıb:

“Portu” azarkeşləri və nümayəndələri üçün belə böyük itkini nəzərə alaraq, təəssüf ki, onlar hələ də başsağlığı göndərməyib”.

Pintonun prezidentliyi dövründə Santuş “Portu” ilə çempion olub və bundan sonra yaxın dostluqları yaranıb:

“Bizim çoxlu ailəvi nahar və şam yeməyimiz oldu ki, bunlar işlə bağlı olmayan, əsasən həyat haqqında söhbətlər idi. Ata və oğul arasında belə bir münasibət yaratdıq. Bütün bunlar məndə mütləq iz buraxdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button