Azərbaycan millilərindən bir gündə iki qələbə
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.
Komanda.az xəbər verir ki, 10-cu turda Kuba ilə üz-üzə gələn kişilərdən ibarət millimiz 3:1 hesablı qələbəyə sevinib.
Aydın Süleymanlı – Karlos Albornos 1:0
Nicat Abasov – Luis Kesada 0,5:0,5
Rauf Məmmədov – Dilan Berdaes 1:0
Məhəmməd Muradlı – Omar Almeyda 0,5:0,5
Eyni turda Monqolustanla münasibətlərə aydınlıq gətirən qadınlardan ibarət kollektiv isə 2,5:1,5 hesabı ilə qalib gəlib.
Günay Məmmədzadə – Munxzul Turmunx 0,5:0,5
Ülviyyə Fətəliyeva – Batxuaq Munquntul 1:0
Gövhər Beydullayeva – Davademberel Nomin-Erdene 1:0
Xanım Balacayeva – Bat-Erdene Munzunqul 0:1
Bizi Facebook-da izləyin