Azərbaycan milliləri Gürcüstan və Danimarkaya qarşı
Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.
Komanda.az xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıda baş tutacaq.
Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində sonuncu – 4-cü matçına çıxacaq. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq.
Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18:00 Azərbaycan – Gürcüstan
Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21:00 Danimarka – Azərbaycan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin