Azərbaycan milliləri Avropa çempionatında növbəti oyunlarına çıxacaq
Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.
Komanda.az xəbər verir ki, qızlardan ibarət komanda Gürcüstanla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Evren Alkayanın rəhbərlik etdiyi kollektiv ilk görüşdə Ermənistan millisini 86:59 hesabı ilə məğlub edib. Qrupdakı növbəti oyun iyulun 11-də, Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.
Oğlanlardan ibarət yığma isə Moldova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Tahir Baxşıyevin komandası ilk oyunda Albaniya ilə üz-üzə gəlib və 56-60 hesabı ilə məğlub olub. Komanda A qrupundakı növbəti matçını iyulun 11-də, Bakı vaxtı ilə saat 16:30-da Malta yığmasına qarşı keçirəcək.
Qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.
Bizi Facebook-da izləyin