“Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın” – Təmkin Xəlilzadə

Azərbaycan milli komandasının və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadənin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Xəlilzadə son durumu ilə bağlı “instagram” hesabında paylaşım edib. O, sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:

“Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın”.

Azərbaycan millisinin iki üzvü – Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu hazırda Xorvatiyada karantindədir və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button