“Qəbələ”nin üzvü finalda

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafiz Həsənov Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirinə uğurla başlayıb.

Komanda.az xəbər verir ki, Həsənov, mövsümün 3-cü mərhələsinin ilk günündə 4 qarşılaşmada qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində çıxış edən Rafiz “Sporthalle Alpenstrasse” arenasında keçirdiyi ilk üç görüşdən sonra yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Burak Uyquru (Türkiyə) 6:2 hesabı ilə məğlub edib. Həsənov martın 1-də keçiriləcək final döyüşündə Luka Mareska (İtaliya) ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button