Dadaşov “fərqləndi”, komandası səfərdə uduzdu

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun çıxış etdiyi komanda səfərdə “Tampa Bey”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. “Feniks Rizinq”in yeganə qolunu Santi Moar vurub.

Dadaşov bu oyunda start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. Hücumçu 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Feniks Rizinq” 3 turdan sonra 6 xalla ikinci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button