Dadaşov dubl etdi, komandası darmadağına sevindi

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası doğma meydanda “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, “Las Veqas Layt”la oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu, 86-cı dəqiqədə əvəzlənib.

Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 10 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 26 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button