Rüfət Dadaşov qol vurdu, komandası qələbə qazandı
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 2:0 hesablı qələbəsiylə başa çatıb.
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 8 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 23 xal toplayan “Feniks Rizinq” B qrupunun birincisidir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.
Bizi Facebook-da izləyin