Dadaşov qol vurdu, komandası…
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Las Veqas Layts”la qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə bitib.
Rüfət oyuna start heyətində başlayıb və sonadək meydanda olub. 5-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ilk qolunu vurub. Rüfət, bundan başqa, 68-ci dəqiqədə Solomon Asantenin qolunun məhsuldar ötürməsini verib.
20 xal toplayan “Feniks Rizinq” B qrupunun birincisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin