Dadaşov qol vurdu, komandası darmadağınla qələbə qazandı
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Nyu Mexiko”nu qəbul edən klub 5:2 hesabı ilə qalib gəlib.
Rüfət oyuna start heyətində başlayıb və 69-cu dəqiqəyədək meydanda olub. 22-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ikinci qolunu vurub.
13 xal toplayan “Feniks Rizinq” B qrupunun birincisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin