“Emreli yarımmüdafiəçi olsa da…” – Prosineçki

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robet Prosineçki Xorvatiyanın “Dinamo” klubuna keçən Mahir Emreli haqda danışıb.

Komanda.az “sportklub.hr” saytına istinadən xəbər verir ki, Prosineçki, azərbaycanlı futbolçu haqda bunları söyləyib:

“Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm.

Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Futbolda elə gənc futbolçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button