Rüfət Dadaşov: “Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdır”
Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov “instaqram” hesabında “Şalke”nin əsas heyətində debüt etməsiylə bağlı paylaşım edib.
Komanda.az xəbər verir ki, Dadaşov, etdiyi paylaşımda Helzenkirhen klubunun əsas komandasındakı debütü haqda bunları yazıb:
“Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdır. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin U-23-ün heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!”
Dadaşov 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turunda “Nürnberq”lə oyunlarda meydana çıxıb.
Bizi Facebook-da izləyin