De Byazi üçün Ukrayna iddiası
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi vəzifəsindən ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə, italyan mütəxəssisin Ukrayna yığmasında baş məşqçi postuna namizədlər arasında olduğu bildirilib. De Byazi ilə yanaşı, namizədlərin siyahısında Sergey Rebrov, Miron Markeviç və Yurgen Klinsmannın da adı var.
Ukrayna yığmasında baş məşqçi Andrey Şevçenko vəzifəsindən ayrılıb.
De Byazi 2020-ci ilin noyabrından Azərbaycan millisini çalışdırır. Onun AFFA ilə müqaviləsi 2021-ci ilin noyabrına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin