De Byazi: “İrlandiya yığması üçün həyatı çətinləşdirə bilərik”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az “independent.ie” saytına istinadən xəbər verir ki, italyan mütəxəssis, İrlandiya yığmasına çətinlik yaşadacaqlarını deyib:

“İnanıram ki, oyunda intensivlik, ürək və təşkilatlanmış iş ortaya qoysaq, İrlandiya yığması üçün həyatı çətinləşdirə bilərik.

İrlandiya keyfiyyətli oyunçulardan ibarət yaxşı komandadır. Onların bir çoxu İngiltərə Premyer Liqasında oynayır. Buna görə də bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdir”.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button