“AFFA Azərbaycan millisinə türk məşqçi istəyirsə, o, Naci Şensoy olmalıdır”

Azərbaycan milli komandasının baş məşqçi postuna türkiyəli mütəxəssisin gətiriləcəyi iddia olunur.

Hazırda namizədlər sırasında Okan Buruk və Samet Aybabanın adı hallanır. Samet Aybaba bir neçə gün əvvəl “Fanatik” nəşrinə verdiyi açıqlamada, AFFA rəhbərliyi ilə danışıqlar apardığını təsdiqləmişdi.

Bəs türkiyəli mütəxəssislər Azərbaycan milli komandasında uğur qazana bilərmi? Bununla bağlı vaxtilə Tovuzun “Turan” komandasını çalışdıran türkiyəli çalışdırıcı Naci Şensoyla danışdıq. Şensoy, Komanda.az-a açıqlamasında, Azərbaycan yığması üçün düzgün seçimin məhz özü olduğunu söylədi:

“Bu məsələ Türkiyədən daha çox Azərbaycanda danışılır. Burda əsas olan Azərbaycan futbolunun inkişafıdır. Bu, yerli məşqçilərlə, yoxsa əcnəbilərlə olacaq, bilmirəm. Bu, ikinci planda olmalıdır. Hansı məşqçinin daha uğurlu olacağı haqda deyə biləcəyim bir şey yoxdur. Olmamalıdır da. Çünki mən də türkiyəli məşqçiyəm.

Sadəcə bunu demək istəyirəm ki, AFFA nümayəndələri Azərbaycan millisinə türk məşqçi istəyirsə, o, Naci Şensoy olmalıdır. Səbəbini deyim. Mən Azərbaycanda üç dəfə işləmişəm. Buranı və burdakı iş mühitini digər türkiyəli məşqçilərdən daha yaxşı bilirəm. Azərbaycan futboluna Kamran Ağayevi, Nadir Nəbiyevi, Elnur Allahverdiyevi, Cavid Hüseynovu, Elvin Məmmədovu bəxş edən bir məşçiyəm. O vaxtlar bunları etmişəm. Bu, indi də Azərbaycan futboluna çox şey verə biləcəyimin sübutudur”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button