Türkiyəli mütəxəssis AFFA ilə danışıqlar apardığını təsdiqlədi
Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib.
Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis, bu barədə “Fanatik” nəşrinə açıqlamasında deyib. O, danışıqların davam etdiyini bildirib:
“Maraq var, danışıqlar gedir. Amma hələ bir razılıq əldə olunmayıb. Danışıqlarımız davam edir”.
Samet Aybaba məşqçi karyerası ərzində “Kayserispor”, “Beşiktaş”, “Adana Dəmirspor”, “Bursaspor”, “Sivasspor” kimi komandalarda baş məşqçilik edib.
Azərbaycan yığmasını hazırda Canni De Byazi çalışdırır. İtalyan mütəxəssisin müqaviləsi noyabrın sonuna qədərdir. Onun vəzifəsindən göndəriləcəyi gözlənilir.
Bundan əvvəl türkiyəli mütəxəssis Okan Burukun adı Azərbaycan millisiylə hallanırdı.
Bizi Facebook-da izləyin