De Byazinin güvəndikləri: Kim nə qədər oynayıb?
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Qətər və Serbiya ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi sözügedən üç oyun üçün heyətə 30 futbolçu dəvət edib.
Yığmaya çağırılan futbolçular arasında ən məhsuldarı “Qarabağ”ın hücumçusu Mahir Emreli ilə “Neftçi”nin futbolçusu Namiq Ələsgərovdur. Mahir bu mövsüm 17, Namiq isə 14 qol vurub. Milliyə dəvət alan futbolçulardan komandasında ən az oyun keçirəni isə Emil Balayevdir. “Qarabağ”da çıxış edən qapıçı bu mövsüm cəmi 7 oyunda şans qazanıb.
Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Portuqaliya ilə İtaliyada, 27-də Qətərlə Macarıstanda, 30-da isə Serbiya ilə Bakıda oynayacaq.
Canni De Byazinin milliyə dəvət etdiyi futbolçuların bu mövsüm bütün turnirlər daxil olmaqla sərgilədikləri performansı rəqəmlərlə təqdim edirik:
“Qarabağ” klubundan milliyə dəvət alanlar:
- Emil Balayev – 26 yaşlı qapıçı 7 oyuna çıxıb və 6 qol buraxıb (630 dəqiqə)
- Şahruddin Məhəmmədəliyev – 26 yaşlı qapıçı 24 oyunda iştirak edib, 19 qol buraxıb (2190)
- Maksim Medvedev – 31 yaşlı müdafiəçi 24 oyunda iştirak edib və 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb (1892)
- Elvin Cəfərquliyev – 20 yaşlı müdafiəçi 22 oyunda şans qazanıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb (1425)
- Bədavi Hüseynov – 29 yaşlı müdafiəçi 23 oyunda iştirak edib və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb (2026)
- Abbas Hüseynov – 25 yaşlı müdafiəçi 24 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb (1555)
- Toral Bayramov – 20 yaşlı yarımmüdafiəçi 20 oyunda iştirak edib, 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb (763)
- İsmayıl İbrahimli – 23 yaşlı yarımmüdafiəçi 28 oyunda iştirak edib, 3 məhsuldar ötürmə edib (1601)
- Mahir Emreli – 23 yaşlı hücumçu 26 oyunda iştirak edib, 17 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb (1962)
“Neftçi”
- Anton Krivotsyuk – 22 yaşlı müdafiəçi 17 oyunda iştirak edib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib (1523)
- Emin Mahmudov – 28 yaşlı yarımmüdafiəçi 19 oyunda iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib (1649)
- Namiq Ələsgərov – 26 yaşlı yarımmüdafiəçi 23 oyunda iştirak edib, 14 qol vurub, 4 məhsuldar ötürmə edib (1921)
“Zirə”
- Sərtan Taşkın – 23 yaşlı müdafiəçi 20 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb (1508)
“Sumqayıt”
- Mehdi Cənnətov – 29 yaşlı qapıçı 13 oyunda iştirak edib və 15 qol buraxıb (1125)
- Tellur Mütəllimov – 25 yaşlı müdafiəçi 20 oyunda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb (1703)
- Elvin Bədəlov – 25 yaşlı müdafiəçi 21 oyunda iştirak edib (1831)
- Rəhim Sadıxov – 24 yaşlı yarımmüdafiəçi 22 oyunda iştirak edib, 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb (1735)
- Vüqar Mustafayev – 26 yaşlı yarımmüdafiəçi 20 oyunda iştirak edib (1787)
- Xəyal Nəcəfov – 23 yaşlı yarımmüdafiəçi 22 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb (1612)
- Əli Qurbani – 30 yaşlı hücumçu 18 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb (1391)
“Sabah”
- Amin Seydiyev – 22 yaşlı müdafiəçi 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb (1636)
- Təmkin Xəlilzadə – 27 yaşlı cinah oyunçusu 11 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb (789)
- Bəhlul Mustafazadə – 24 yaşlı müdafiəçi 10 oyunda iştirak edib (900)
- Aleksey İsayev – 25 yaşlı yarımmüdafiəçi 13 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb (881)
- Coşqun Diniyev – 25 yaşlı yarımmüdafiəçi 17 oyunda 1 qolla yadda qalıb (1148)
- Ramil Şeydayev – 25 yaşlı hücumçu 19 oyunda 3 qolla yadda qalıb (858)
“Səbail”
- Amil Yunanov – 28 yaşlı hücumçu 14 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb (730)
“Keşlə”
- Şəhriyar Əliyev – 28 yaşlı müdafiəçi 20 oyunda 1 qolla yadda qalıb (1798)
- Azər Salahlı – 26 yaşlı müdafiəçi 21 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb (1904)
“Minay” (Ukrayna)
- Anatoli Nuriyev – 24 yaşlı hücumçu 18 oyunda 8 qolla yadda qalıb (1475)
Bizi Facebook-da izləyin