5 min manatlıq xal – Nazarov Azərbaycan millisindən niyə imtina etmək istəyib?

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığması ilə Bakıda keçirdiyi oyunda qollu bərabərə qalıb – 1:1.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda bu nəticə ilə yer aldığı E qrupunda ilk xalını qazanıb. Komanda.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi qazanılan xala və sərgilənən oyuna görə milli komandanın heyətində yer alan hər futbolçuya 5 min manat mükafat verəcək.

Qarşılaşmadan sonra Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov da jurnalistlərə açıqlamasında mükafat olacağını demişdi.

Əvvəllər Azərbaycan milli komandasının üzvlərinə hətta məğlub olduqları matçlardan sonra da mükafatlar verilib. Bir müddət əvvəl baş tutmuş UEFA Millətlər Liqasına görə də milli komandanın futbolçularına mükafatlar vəd edilmişdi. Amma millinin Millətlər Liqasında uğursuz çıxışına görə AFFA mükafatları verməkdən boyun qaçırıb. Bizdə olan məlumata görə, Almaniyanın “Ersgebirge” klubunda forma geyinən Dmitri Nazarov hətta mükafat məsələsinə görə Azərbaycan yığmasında çıxışını başa vurmaq da istəyib. Amma sonradan məsələ yarımmüdafiəçinin istədiyi kimi həllini tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button