Azərbaycan milli komandalarının qran-pri üçün heyəti açıqlanıb
İngiltərənin Mançester şəhərində keçiriləcək taekvondo və parataekvondo üzrə qra-pridə iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, oktyabrın 20-də baş tutacaq parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) qüvvəsini sınayacaq.
Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. O, qran-priyə oktyabrın 19-da baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında yollanacaq. Taekvondoçular 21-23 oktyabrda mübarizə aparacaq.
Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) dəvət alsalar da, zədə səbəbindən turnirdə iştirak edə bilməyəcəklər.
Mançesterdə döyüşləri idarə edəcək hakimlər sırasında beynəlxalq dərəcəli referi Aygün Abdullayeva da olacaq.
Bizi Facebook-da izləyin