Azərbaycanlı idmançı 12 illik diskvalifikasiya olunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2019-cu ildə milli səviyyədə 1350 test keçirib.

Komanda.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, testlərdən 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə aparılıb. 2018-ci ildə yoxlama sayı 863, 2017-ci ildə 435 olub. Beləliklə, bu il test sayı əvvəlki illə müqayisədə 56,4 faiz, 2017-ci ilə nəzərən 3,1 dəfə artıb. Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.

2018-ci ildə bu rəqəm 27, 2017-ci ildə 22 olub. Antidopinq pozuntularından 4-ü ağırlıqqaldırma, 4-ü boks, hərəyə 2-si karate və güləş, hərəyə 1-i atıcılıq, sambo, cüdo və atletika növündə olub.

Dopinq testləri nəticəsində bir idmançıya 12 illik diskvalifikasiya tətbiq olunub. Lakin həmin idmançının adı və təmsil etdiyi idman növü açıqlanmayıb. Hazırda işin appelyasiyada olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button