
Azərbaycan – Macarıstan matçının hakimləri məlum oldu
Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Viktor Şimusikə Sergey Kasavets və Anton Qusev köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.
“Liv Bona Dea Arena”dakı görüş iyunun 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin