DÇ-2022: Azərbaycan – Lüksemburq matçının hakimləri bilindi
Azərbaycan və Lüksemburqun futbol üzrə milli komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunu üçün hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın idarəçiliyi avstriyalı hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt hakimləri, Yulian Vaynberger dördüncü hakim qismində yardımçı olacaq. Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin edilib.
Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FİFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin