Azərbaycan kubokunda yeni rekord
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında 18 qol vurulub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu raundun 4 matçındakı qol sayında yarış tarixinin yeni rekordu qeydə alınıb.
Bunadək rekord 17 qolun vurulduğu 2006/07 mövsümünə məxsus idi. Həmin vaxt 1/4 finalın ilk görüşləri məhsuldar alınıb.
Bu dəfə 1/4 final oyunlarında “Qarabağ” “Sabah”ı 7:1, “Neftçi” “Sumqayıt”ı 3:2, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” “Qəbələ” ilə heç-heçəyə imza atıb – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin