
Kubok: 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Göygöl” evdə “Şəmkir”i 1:0 hesabı ilə məğlub edib. “Xankəndi” isə səfərdə “Quba”dan üstün olub – 2:1.
Dünən gerçəkləşən görüşlərdə “Ağstafa Gəncləri” “Şirvan”ı (1:0), “Qaradağ Lökbatan” “Ağdaş”ı (8:0) “Sheki City” “Araz-Saatlı”nı (3:2), “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı (3:2) məğlub edərək Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinə yüksəliblər.
Bununla da, kubokun 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi
“Səbail” – “Şamaxı”
“Göygöl” – “Baku Sportinq”
“Karvan-Yevlax” – “Sheky City”
“Qaradağ Lökbatan” – “İmişli”
“Qəbələ” – “Mingəçevir”
“Cəbrayıl” – “Şəfa”
“Zaqatala” – “Sumqayıt”
“Neftçi” – MOİK
“Xankəndi” – “Difai”
“Dinamo” – “Turan-Tovuz”
“Ağstafa Gəncləri” – “Kəpəz”
“Şimal” – “Şahdağ-Qusar”
Bizi Facebook-da izləyin



