
Azərbaycan kuboku: Tarixdə ikinci dəfə ən titullu klublar ilk matçlarında uduzub
Azərbaycan kuboku tarixində ikinci dəfə yarımfinal mərhələsinin ilk oyunlarında turnirin iki ən titullu klubu məğlub olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sonuncu belə hal 2003/2004 mövsümündə qeydə alınıb.
Həmin vaxt “Neftçi” səfərdə “Bakılı”ya 0:1, “Qarabağ” isə evdə “Şəmkir”ə 1:2 hesabı ilə uduzub.
Ötən gün isə Ağdam təmsilçisi səfərdə “Araz-Naxçıvan”a (0:1), “Neftçi” isə evdə “Sabah”a (1:2) yenilib.
“Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin