
Azərbaycan kuboku keçiriləcək – stend atıcılığı üzrə
Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan kubokuna start veriləcək.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.
Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin