Azərbaycan kuboku: Final matçı üçün püşkatma keçirilib

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunublar. Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Oyun saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button