“Azərbaycan kuboku bu mövsüm daha maraqlı olacaq” – PFL rəsmisi

Bu gün Azərbaycan kubokunda yeni mövsümün püşkatma mərasimi keçirilir.

Komanda.az xəbər verir ki, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edib. O, 1-ci təsnifat mərhələsində yalnız 2-ci Liqa klublarının yarışacağını deyib:

“Azərbaycan kuboku bu mövsüm daha maraqlı olacaq. Çünki yarışda Azərbaycan Premyer Liqasının komandaları ilə yanaşı, 1-ci və 2-ci Liqada mübarizə aparan komandalar də qüvvəsini sınayacaqlar. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışa 1-ci təsnifat mərhələsindən başlayacağıq. Burada yalnız 2-ci Liqa komandaları oynayacaq. 1/8 final görüşləri bir oyundan ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək”.

Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsi oktyabrın 12-13-də start götürəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button