Azərbaycan kuboku: 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan 4 komanda bilindi

Futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan dörd komanda məlum olub.

Komanda.az xəbər verir ki, bu, turnirin 1-ci təsnifat mərhələsinin bu gün keçirilən oyunlarından sonra müəyyənləşib.

“Ağstafa Gəncləri” “Şirvan”ı (1:0), “Qaradağ Lökbatan” “Ağdaş”ı (8:0) “Sheki City” “Araz-Saatlı”nı (3:2), “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı (3:2) məğlub edib.

1-ci təsnifat mərhələsinin digər matçları oktyabrın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button